Polyak dilini sadə, aydın və Azərbaycan dilində izahlarla öyrənək.
Czas na polski — polyak dili vaxtıdır!
Söz ehtiyatı, gündəlik həyat, qrammatika və Polşa haqqında qısa testlər. Cavabı seçin — dərhal izahı Azərbaycan dilində görəcəksiniz.
Mövzunu seçin, karta toxunun — tərcüməni və nümunəni görün. Bildiyiniz sözləri qeyd edin.
Polşaya köçmək, burada oxumaq, işləmək və ya sadəcə yeni dil öyrənmək istəyən hər kəs üçün. Sıfırdan başlayırıq, addım-addım irəliləyirik.
YENİ DƏRSLİK · NOWY PODRĘCZNIK
Azərbaycanlı tələbələr üçün polyak dili dərsliyi tezliklə satışda olacaq! Sıfırdan A1 səviyyəsinə qədər — bütün qrammatika Azərbaycan dilində izahla.
Satış başlayanda Instagram səhifəmizdə — @czasnapolski — elan edəcəyik.
Salam! Mənim adım Alasgar Mammadov. Azərbaycanlılara polyak dilini öyrədirəm və Polşada yaşayıram. Polşaya gələn insanların nə ilə qarşılaşdığını yaxşı bilirəm: sənədlər, iş, universitet, gündəlik söhbətlər.
Dərslərimdə hər qaydanı Azərbaycan dilində, sadə nümunələrlə izah edirəm. „Czas na polski” dərsliyi də elə bu təcrübədən yaranıb — rəngli, aydın və tələbə üçün rahat.
Mənimlə polyak dili qorxulu deyil. Başlamaq üçün heç vaxt gec deyil!
Tələbələrimin polyak dili üzrə B1 sertifikatları və imtahan nəticələri. Şəkli böyütmək üçün üzərinə toxunun.
Şəxsi məlumatlar (soyad, doğum tarixi, nömrə) gizlədilib.
Instagram-da yazın — suallarınıza cavab verim və sizə uyğun dərs formatını birlikdə seçək.